Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə ötən həftə Rusiyada baş verən hadisələri müzakirə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin açıqlamasına görə, Putin və Bin Salman arasında telefon danışığı olub.
Bin Selman 24 iyunda Rusiyada baş verən Vaqner böhranı ilə bağlı Rusiya administrasiyasının konstitusiya quruluşunu qorumaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi tədbirləri dəstəklədiklərini bildirib.
Görüşdə,Rusiya və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri də müzakirə olunub.
Putin, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və Səudiyyə Ərəbistanı xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.