Əsas məzmuna keç

Ərdoğan və Tramp arasında telefon danışığı oldu

Ərdoğan və Tramp arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın seçilmiş prezidenti Donald Tramp regional gərginlikləri və Qəzzadakı vəziyyəti müzakirə ediblər.

en ru

Prezidenti və ABŞ Prezidenti arasında baş tutub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, liderlər arasında telefon danışığında ABŞ ilə İran arasında artan gərginlik əsas müzakirə mövzularından biri olub.

Ərdoğan böhranın həllində diplomatik imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb. Türkiyə lideri tərəflər arasında dialoqun davam etdirilməsinin zəruri olduğunu qeyd edərək, Ankaranın regionda sülhün təmin olunması istiqamətində səyləri dəstəkləməyə davam edəcəyini bildirib.

Telefon danışığı zamanı regional təhlükəsizliyin və sabitliyin təmin olunması məsələləri də diqqət mərkəzində olub.

Ərdoğan Türkiyə, Pakistan və arasında imzalanan **“Məkkə Birgə Müdafiə Sazişi”**nin regionun təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Liderlər Qəzza zolağındakı vəziyyəti və İsrail-Fələstin münaqişəsini də müzakirə ediblər.

Ərdoğan Qəzzada sülh prosesinin ikinci mərhələsinə keçidin gündəmdə olduğu bir vaxtda İsrail rəhbərliyinin fələstinlilərə qarşı hücumlarını artırmasından narahatlığını ifadə edib.

Türkiyə Prezidenti ölkəsinin Qəzzada davamlı sülhün təmin olunması və bölgənin yenidən qurulması istiqamətində atılacaq bütün addımlara dəstək verməyə hazır olduğunu bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…