Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, sevinəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
"Rusiya Bakı və İrəvan arasında nizamlanmada iştirak etməyə hazırdır. Azərbaycana səfərimdən sonra Paşinyana danışıqların nəticələri barədə məlumat verəcəm".