Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətindəki Kartalkaya dağ-xizək kurortunda oteldə baş vermiş yanğınla bağlı başsağlığı verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda Kremlin rəsmi saytında dərc olunub.
“Yanğının faciəvi nəticələri ilə bağlı dərin hüznlə başsağlığımı qəbul edin”, - Rusiya lideri bildirib.
Bundan başqa, Putin hadisə qurbanlarının yaxınlarına başsağlığı və dəstək sözlərini çatdırmağı xahiş edib, bütün xəsarət alanların tezliklə sağalmasını diləyib.