Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın iclasında ölkənin müdafiə sənayesinin illik nəticələrini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısının sözlərinə görə, 2025-ci ildə Rusiya hərbi təyinatlı məhsulların ixracından 15 milyard dollardan çox gəlir əldə edib.
Putin qeyd edib ki, Qərb ölkələrinin artan təzyiqlərinə və maneə törətmək cəhdlərinə baxmayaraq, bütün hərbi-texniki müqavilələr etibarlı şəkildə icra olunub.
Ötən il ərzində Rusiya istehsalı olan hərbi məhsullar dünyanın 30-dan çox ölkəsinə çatdırılıb.
Prezident vurğulayıb ki, əldə olunan bu gəlirlər müdafiə sənayesi zavodlarının modernləşdirilməsi, istehsal güclərinin genişləndirilməsi və qabaqcıl elmi tədqiqatlara investisiya qoyulması üçün əlavə imkanlar yaradır.