Əsas məzmuna keç

İran MAQATE-ni nüvə obyektlərini yoxlamağa dəvət etdi

İran MAQATE-ni nüvə obyektlərini yoxlamağa dəvət etdi

ABŞ rəsmisi Stiven Vitkoff Tehranın Rafael Qrossiyə ünvanladığı məktubun detallarını açıqladı. Bəs amerikalı müfəttişlərin nüvə proqramına girişi nələri dəyişəcək?

en ru

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven qapalı brifinq zamanı ABŞ qanunvericilərinə İranın Atom Enerjisi Agentliyini () nüvə obyektlərini yoxlamağa və Tehranın zənginləşdirilmiş nüvə materialını müəyyən etmək üçün fəaliyyətə başlamağa dəvət edəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Associated Press” söhbətin təfərrüatları ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Vitkoff Konqres rəhbərliyinə və milli komitələrinin üzvlərinə ABŞ ilə İran arasında əldə olunan anlaşma memorandumunda heç bir gizli və ya əlavə razılaşmanın olmadığını deyib.

O bildirib ki, bununla yanaşı, Tehranla MAQATE arasında ayrıca məktub hazırlanıb və İran agentliyi rəsmi şəkildə ölkəyə dəvət edib.

Mənbələrin sözlərinə görə, Vitkoff brifinq zamanı həmin məktubun və dəvətnamənin mövcudluğunu açıqlayıb.

O, həmçinin qeyd edib ki, MAQATE-nin baş direktoru Qrossiyə ünvanlanan məktubda amerikalı nüvə müfəttişlərinin Tehrana dəvət olunduğu da öz əksini tapıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…