Əsas məzmuna keç

Sabahın hava proqnozu: Bakıda və rayonlarda nə gözlənilir?

Sabahın hava proqnozu: Bakıda və rayonlarda nə gözlənilir?

Ekologiya Nazirliyi ölkə ərazisində gözlənilən dəyişkən meteoroloji şəraiti açıqladı. Bəs sabah paytaxtda və bölgələrdə yağış yağacaqmı? Ətraflı məlumat burada.

en ru

Bakıda və yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacaq.

Hava proqnozu

11° Bakıda indiÇiskin
  1. Bu gün Arabir yağış 12° 8° yağış 82%
  2. Sabah Günəşli 13° 9° yağış 36%
  3. Birisi gün Az buludlu 16° 12°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…