Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Putin: Bakı və Dərbənddəki teatrlar mədəniyyətlər arasında körpüdür

2 dəq
Paylaş:
Putin: Bakı və Dərbənddəki teatrlar mədəniyyətlər arasında körpüdür

Bakı və Dərbənddəki teatr səhnələri iki ölkənin mədəniyyətləri arasında özünəməxsus körpü rolunu oynayaraq humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verir.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dərbənddə teatrın açılış mərasimində videoəlaqə vasitəsilə çıxışı zamanı deyib.

O, Dərbənddə Musiqili Dram Teatrının açılışının Dağıstanın, bütövlükdə Rusiyanın, eləcə də Qafqazın qonşu dövlətlərinin mədəni həyatı üçün əlamətdar hadisə olacağına əminliyini ifadə edib.

Putin xatırladıb ki, teatrın tarixi XIX əsrin 80-ci illərinə gedib çıxır və həmişə teatr sənətinə sadiq insanları birləşdirib. Onun sözlərinə görə, genişmiqyaslı yenidənqurma işlərindən sonra müəssisə müasir bina ilə təmin olunub.

qeyd edib ki, Rusiyada federal proqramların dəstəyi, eləcə də regionların, özəl investorların və mesenatların iştirakı ilə regional teatrların yenilənməsi və texniki cəhətdən yenidən təchiz edilməsi üzrə işlər aparılır. O vurğulayıb ki, Dərbənd səylərin bu cür birləşdirilməsinə bir nümunədir.

layihənin həyata keçirilməsinə töhfə verən hər kəsə təşəkkür edib.

Putin həmçinin Dağıstan və qədim tarixə malik Dərbənd üçün ənənələrə qayğı ilə yanaşmağın vacibliyini vurğulayaraq qeyd edib ki, Rusiyanın unikallığı xalqların özünəməxsusluğu və birliyi, eləcə də mədəni müxtəlifliyə hörmət hesabına formalaşır.

O, yenilənmiş teatrın ölkə sakinlərinin zəngin Azərbaycan mədəniyyəti ilə tanış olmasına kömək edəcəyinə əminliyini ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax