Əsas məzmuna keç

Məsud Pezeşkian ABŞ ilə imzalanan tarixi sənədi şərh etdi

Məsud Pezeşkian ABŞ ilə imzalanan tarixi sənədi şərh etdi

İran lideri Məsud Pezeşkian Vaşinqtonla imzalanan anlaşmanı şərh etdi. Rəsmi Tehran regional sabitlik və qlobal dialoq üçün hansı yeni şərtləri irəli sürür?

en ru

İran Prezidenti ABŞ ilə anlaşma memorandumunu “ sənəd” kimi qiymətləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Pezeşkian bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.

İran lideri bildirib ki, sülh yalnız qarşılıqlı hörmət əsasında mümkün ola bilər.

“Sülh qarşılıqlı hörmətin kölgəsində əldə ediləcək”, - deyə Pezeşkian vurğulayıb.

O qeyd edib ki, İran İslam Respublikası öz ləyaqətini və müstəqilliyini qorumaqla yanaşı, qlobal sülhün, tərəqqinin və regional əməkdaşlığın inkişafına sadiq qalır.

Prezidentin sözlərinə görə, əldə olunan razılaşma regionda sabitliyin möhkəmlənməsinə və dövlətlər arasında əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.

Pezeşkian həmçinin vurğulayıb ki, İran münasibətlərdə qarşılıqlı hörmət və konstruktiv dialoq prinsiplərinə əsaslanan siyasət yürütmək niyyətindədir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…