Rusiya Prezidenti Vladimir Putin İrandakı Rusiya səfirliyinin müşavir-səfiri Rafael Gevorgyanı “Cəsarət” ordeni ilə təltif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Gevorgyan bu mükafata “peşəkar borcunu yerinə yetirərkən göstərilən cəsarət və igidliyə görə” layiq görülüb.
Rusiyanın İrandakı səfiri Aleksey Dedov da oxşar mükafata layiq görülüb.
Bundan əlavə, “Cəsarətə görə” medalı Rusiyanın Rəştdəki Baş Konsulluğunun konsulu Andrey Alyonkinə və Tehrandakı Rusiya səfirliyinin bir sıra əməkdaşlarına – Andrey Qanenko, Ruslan İlmambetov, Aleksandr Mamedov, Valeri Malışev, Nikita Parfeev və Vitali Belkoya təqdim edilib.