Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Baş Qərargahın Baş İdarəsinin birinci müavini, general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi Kiyev rejiminin Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesini pozmaq niyyətini nümayiş etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Zaxarova brifinqdə danışıb.
O xatırladıb ki, sui-qəsd 6 fevralda Moskvadakı yaşayış binasında baş verib və bu hadisə Zelenski rejiminin açıq şəkildə davam etdirdiyi danışıqlar prosesini pozmaq məqsədli təxribatlara sadiqliyini təsdiqləyir.
“Bu terror aktı Zelenski rejiminin açıq şəkildə davam etdirəcəyinə söz verdiyi danışıqlar prosesini pozmaq üçün davamlı təxribatlara sadiqliyini bir daha təsdiqlədi”, – deyə diplomat qeyd edib.
Zaxarova əlavə edib ki, Zelenski son çıxışında “Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) yeni təyin olunmuş rəhbəri Yevgeni Xmara ilə Rusiya ərazisində əməliyyatların əlaqələndirilməsini” elan edib.
Onun sözlərinə görə, “aydındır ki, Kiyev ədalətli sülhün əldə edilməsinin qarşısını almaq üçün demək olar ki, hər cür cəhd göstərməyə hazırdır”.