Əsas məzmuna keç

PSJ hücumçusunu satır: Luis Enrikenin planlarına daxil deyil

PSJ hücumçusunu satır: Luis Enrikenin planlarına daxil deyil

"Tottenhem"də icarə əsasında çıxış edən Randal Kolo-Muani mövsümün sonunda "PSJ" tərəfindən satışa çıxarılacaq.

en ru

Müqavilə ilə Fransanın PSJ klubuna məxsus olan və hazırda icarə əsasında İngiltərənin "" komandasında çıxış edən tezliklə klubunu dəyişəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu başa çatdıqdan sonra London təmsilçisində qalmayacaq.

Paris klubu da fransız hücumçuya ümid bəsləmir. Baş məşqçi Luis Enrikenin gələcək planlarına daxil olmayan oyunçunun transferə çıxarılacağı dəqiqləşib.

Mənbə qeyd edir ki, forvardın dəyəri təxminən 40 milyon avro olaraq qiymətləndirilir.

Bu mövsüm ərzində "Tottenhem" forması ilə 37 matçda meydana çıxan Kolo-Muani 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Xatırladaq ki, futbolçunun PSJ ilə qüvvədə olan müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…