Əsas məzmuna keç

PSJ Barkolyanı əvəz edəcək futbolçu axtarışındadır

PSJ Barkolyanı əvəz edəcək futbolçu axtarışındadır

Fransa çempionu PSJ komandanı tərk etmək ehtimalı olan Bredli Barkolyanın yerinə "Arsenal"ın ulduzunu gətirməyi planlaşdırır.

en ru

Fransanın klubu bu yay komandanın əsas fiqurlarından biri olan Bredli Barkolya ilə yollarını ayıra bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, artıq Paris təmsilçisi onun yerinə potensial namizədlərin axtarışına başlayıb.

Fransa çempionu Londonun "" klubunun hücumameyilli yarımmüdafiəçisi Qabriel Martinellini etmək variantını nəzərdən keçirir.

Avropanın aparıcı klublarının diqqət mərkəzində olan Barkolya yeni müqaviləyə imza atmasa, komandanı tərk edəcək.

Bildirilir ki, "Arsenal" növbəti mövsüm üçün hücum xəttində dəyişikliklər planlaşdırdığından, Martinellinin təxminən 50 milyon funt-sterlinq müqabilində transferinə icazə verilə bilər.

Hər iki futbolçunun cari mövsümdə klub səviyyəsindəki statistikası aşağıdakı kimidir:

  • Bredli Barkolya: 39 oyun, 12 qol, 7 ötürmə
  • Qabriel Martinelli: 46 oyun, 11 qol, 6 məhsuldar ötürmə

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…