Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tikinti bazarında özbaşınalıq: Mənzil alanda diqqət edilməli əsas məqamlar

4 dəq
Paylaş:
Tikinti bazarında özbaşınalıq: Mənzil alanda diqqət edilməli əsas məqamlar

Bir çoxları üçün ev almaq illərin arzusu, bəziləri üçün isə həyatın ən böyük riski olub. Açarlardan əvvəl verilən vədlər, imzalanan müqavilələr və sonradan yarımçıq qalan binalar… Son illər bazarında yaşanan problemlər vətəndaşları daha ehtiyatlı olmağa məcbur edir. Ekspertlər xəbərdarlıq edir: mənzil alarkən bir səhv illərlə davam edən problemə çevrilə bilər.

Əmlak üzrə ekspertlərin tövsiyələrinə əsasən, vətəndaşlar mənzil alarkən mütləq aşağıdakı məqamlara etməlidir:

  1. MTK-nın keçmişi araşdırılmalıdır
    Şirkətin əvvəl tikdiyi binalar, vaxtında təhvil verib-vermədiyi, şikayətlərin olub-olmaması yoxlanılmalıdır.
  2. Alqı-satqı müqaviləsi notarial qaydada bağlanmalıdır
    Sadə müqavilə və ya daxili arayışlarla mənzil almaq böyük risk yaradır.
  3. Binanın reyestrdə olub-olmaması dəqiqləşdirilməlidir
    Reyestri olmayan binada bir mənzilin bir nəfərə satılması riski yüksəkdir.
  4. Ödənişlərin rəsmi şəkildə aparılması vacibdir
    Bütün ödənişlər bank köçürməsi ilə edilməli, qəbzlər saxlanılmalıdır.
  5. Bank krediti ilə satılan mənzillər daha təhlükəsizdir
    Bank nəzarəti bir mənzilin təkrar satışını və hüquqi problemləri istisna edir.
  6. Tikintinin faktiki vəziyyəti yerində yoxlanılmalıdır
    Yalnız maketə və ya vədlərə deyil, real tikinti prosesinə baxmaq vacibdir.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan əmlak üzrə Elnur bildirib ki, 1990-cı ildən fəaliyyət göstərən bir sıra tikinti şirkətləri vətəndaşlara mənzil təhvil verməkdə gecikib və bəzi hallarda tikilmiş binalar yarımçıq qalıb.

Ekspert: “Dövlət elə bir şərait qurmaq istəyir ki, geri dönüş də maraqlı olsun” - 07.02.2021, Sputnik Azərbaycan

“30 ildən artıqdır ki, çoxmənzilli binalar inşa edilir, lakin bəzi hallarda alqı-satqı müqavilələri və maliyyə arayışları düzgün aparılmır. Bu da vətəndaşlarda narahatlıq yaradır. Eyni zamanda, binaların reyestri aparılmadığı üçün bir mənzilin bir neçə nəfərə satılması halları baş verir,” – deyə ekspert qeyd edib.

O əlavə edib ki, bu tip fırıldaqçı şirkətlər artıq tikinti sektorundan kənarlaşdırılıb, bir hissəsi bağlanıb, bir hissəsi isə zərəri ödəyib. Buna baxmayaraq, vətəndaşların yarımçıq binalara olan etimadı hələ də zəifdir.

Elnur Fərzəliyev vurğulayıb ki, bank vasitəsilə satılan mənzillərdə isə belə problemlər baş vermir:

“Əgər mənzil bank krediti ilə satılırsa, bankın nəzarəti altında olduğuna görə, bir mənzilin bir neçə nəfərə satılması halları mümkün deyil.”

Ekspert hesab edir ki, tikinti sahəsində hər hansı yeniliklər və etibarlı şirkətlərin fəaliyyətinin genişləndirilməsi bazara müsbət təsir göstərir, həm mənzil istehlakçılarının, həm də tikinti şirkətlərinin xeyrinədir.

O həmçinin qeyd edib ki, hazırda paytaxtda tikinti işlərinin səviyyəsi zəifdir və yeni tikilən binaların azlığı əmlak bazarında qiymət artımına səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax