Əsas məzmuna keç

Sumqayıtın bu ərazilərində içməli suyun verilişi dayandırılacaq

Sumqayıtın bu ərazilərində içməli suyun verilişi dayandırılacaq

İyunun 8-də Kotec, Kimyaçılar və 26-cı məhəllə daxil olmaqla 12 min abonentə su verilməyəcək. Sumqayıt Sukanal İdarəsinin təmir planı ilə bağlı detallar.

en ru

şəhərinin bəzi ərazilərini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah, iyunun 8-də bir sıra yaşayış məntəqələrində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Sumqayıt Sukanal İdarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, səhər saat 09:00-dan etibarən günün sonunadək Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 26-cı məhəllə, Xəzər bağları, Bulvar və Mida Bulvar ərazilərində yaşayan ümumilikdə 12 min abonent içməli su ilə təmin olunmayacaq.

Qeyd olunub ki, fasilə magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədardır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…