Operativ Məlumat Mərkəzi

Priqojinin öldüyü təsdiqləndi - RƏSMİ

3 dəq
Paylaş:
Priqojinin öldüyü təsdiqləndi - RƏSMİ

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Məlumata əsasən xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar.

Qeyd edək ki, Utkin Yevgeni Priqojinin “sağ əli” olub. O, Rusiya Müdafiə Nazirliyinin silahlarının satışı ilə məşğul olub.

Xatırladaq ki, Y.Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.

“Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalı bildirib ki, təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.

21:49 ***

Rusiyada “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalına istinadən xəbər verir.

“Mash” teleqram kanalı öz növbəsində qeyd edib ki, təyyarə qəzasının şahidləri hadisədən əvvəl iki güclü partlayış səsi eşidiblər.

“Təyyarə Tver vilayətində qəzaya düşməmişdən əvvəl şahidlər iki güclü partlayış səsi eşidiblər. Bundan sonra qanad və stabilizator hava gəmisindən qopub” - məlumatda vurğulanıb.

21:26 ***

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

"Bu axşam Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var"-deyə, məlumatda vurğulanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olan 10 nəfər ölüb.

Qeyd olunub ki, “Embraer” təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.

Hadisə Kujenkino kəndi yaxınlığında baş verib. Artıq dörd nəfərin cəsədi tapılıb. Yarım saat ərzində havada olan təyyarə yerə çırpıldıqdan sonra yanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər