Əsas məzmuna keç

Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Dövlət Himnimiz səsləndirilib. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva...

Bu gün İlham və birinci xanım Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Dövlət Himnimiz səsləndirilib.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıblar, məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…