Operativ Məlumat Mərkəzi

Prezident seçkilərində 500 mindən çox insan elektron səs verib

2 dəq
Paylaş:
Prezident seçkilərində 500 mindən çox insan elektron səs verib
bu barədə 2024-cü ildə Moskvada keçirilən seçkilərə nəzarət üzrə İctimai qərargahdan məlumat verilib. Qeyd edək ki, Rusiyada prezident seçkisi martın...

565 minə yaxın insana ilk yarım saat ərzində Rusiya Federasiyası Prezidenti seçkilərində uzaqdan elektron səsvermədə iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə 2024-cü ildə Moskvada keçirilən seçkilərə nəzarət üzrə İctimai qərargahdan məlumat verilib.

Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək keçiriləcək. İlk dəfədir ki, seçki üç gün ərzində davam edəcək və ölkə regionlarının təxminən üçdə birində məsafədən elektron səsvermədən istifadə olunacaq.

Dövlət başçısı postu uğrunda dörd namizəd mübarizə aparır: heç bir siyasi partiyanı təmsil etməyən hazırki dövlət başçısı Vladimir Putin, liberal demokrat partiyasının sədri Leonid Slutski, Dövlət Dumasının deputatı, “Yeni İnsanlar” partiyasının namizədi Vladislav Davankov və Rusiya Kommunist Partiyasının namizədi Nikolay Xaritonov prezidentlik yarışında mübarizə aparacaqlar.

Müstəqil namizədlər isə seçkilərə buraxılmayıb. Gözəçarpan bir kampaniya aparan yeganə şəxs Vladimir Putin olub. Bu onun beşinci seçkisi olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər