"Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də ad günündə Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək".
"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, dövlət başçısının bu tarixə bir çox beynəlxalq telefon danışıqları da planlaşdırılıb.
Peskov qeyd edib ki, prezidentin ad günündə şəxsi planları da var.