Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb

Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb
01.05.2025 13:42
Aa
dəq

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı ilkin maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün ilkin olaraq 1,5 milyon manat ayrılması nəzərdə tutulub. 

Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

Həftənin ən çox oxunanları