Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident rəqəmsal inkişaf üzrə yeni Fəaliyyət Planını təsdiqlədi

2 dəq
Paylaş:
Prezident rəqəmsal inkişaf üzrə yeni Fəaliyyət Planını təsdiqlədi

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Planı təsdiqlənib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Fəaliyyət Planında nəzərdə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Rəqəmsal İnkişaf Şurası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarət edəcək.

Rəqəmsal İnkişaf və Nazirliyi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə rübdə bir dəfə Prezidentinə məlumat verəcək.

Nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax