Əsas məzmuna keç

Azərbaycanda "Süni İntellektə Hazırlıq İndeksi" hazırlanacaq

Azərbaycanda "Süni İntellektə Hazırlıq İndeksi" hazırlanacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi Fəaliyyət Planı ilə rəqəmsallaşma sürətlənir. 2027-ci ilədək dövlət orqanlarında Sİ tətbiqi üzrə yeni meyarlar bəlli olacaq.

en ru

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə Hazırlıq İndeksi" metodologiyası hazırlanacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu strateji hədəf İlham Əliyev tərəfindən təsdiqlənən "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət orqanlarında Sİ texnologiyalarının istifadəsinə dair əsas fəaliyyət göstəriciləri müəyyən edilərək qurumlara təqdim olunacaq. Bununla yanaşı, rəqəmsal effektivlik və Süni İntellektin üzrə illik hesabatlılıq sisteminin qurulması planlaşdırılır.

Fəaliyyət Planının əsas məqsədlərindən biri də avtomatlaşdırılmış proseslərin ümumi iş yükündəki payının hədəf göstəricilərə çatdırılmasının təmin edilməsidir.

Nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi isə dövlət büdcəsi və qanunvericiliklə müəyyən edilən digər mənbələr hesabına həyata keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…