Əsas məzmuna keç

Azərbaycanda dəqiq vaxt siqnalları teleqüllə vasitəsilə yayımlanacaq

Azərbaycanda dəqiq vaxt siqnalları teleqüllə vasitəsilə yayımlanacaq

Rəqəmsal yayım sisteminin tətbiqi ilə ölkəmizdə dəqiq zamanın tənzimlənməsi prosesi yenilənir. Yeni texnologiya hansı üstünlükləri vəd edir? Ətraflı oxuyun.

ru en

Azərbaycanda dəqiq vaxt məlumatlarının daha geniş auditoriyaya çatdırılması üçün teleqüllə üzərindən vaxt siqnallarının ötürülməsi imkanları nəzərdən keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Metrologiya İnstitutunun (AzMİ) laboratoriya müdiri qurumda təşkil olunan təlim çərçivəsində deyib.

Onun sözlərinə görə, hazırda vətəndaşların istifadə etdiyi mobil telefonlar internet vasitəsilə vaxt serverləri ilə sinxronlaşaraq öz saatlarını avtomatik tənzimləyir: "Lakin gələcəkdə dəqiq vaxt siqnallarının teleqüllə üzərindən yayımlanması da nəzərdə tutulur. Bu texnologiya tətbiq ediləcəyi təqdirdə televiziya və radio avadanlıqları, elektron saatlar, eləcə də digər qurğular dəqiq vaxt məlumatlarını birbaşa qəbul edə biləcək".

Ş. Abbasov bildirib ki, vaxt etalonlarının inkişafı və ötürülməsi sistemlərinin təkmilləşdirilməsi ölkədə ölçmə infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: "Bu istiqamətdə yeni texniki imkanların yaradılması və mövcud sistemlərin modernləşdirilməsi üzrə işlər davam etdirilir".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…