Əsas məzmuna keç

Azərbaycanda dövlət qurumlarına kiberhücumlar kəskin şəkildə artıb

Azərbaycanda dövlət qurumlarına kiberhücumlar kəskin şəkildə artıb

Rəqəmsal təhlükəsizlik təhdidləri ilə bağlı narahatedici statistikalar açıqlandı. Dövlət qurumlarını hədəf alan hakerlər hansı üsullardan istifadə edir?

en ru

Bu ilin yanvar-iyun aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış elektron poçt xidmətində 8 milyon 423 min 541 elektron məktubu emal edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in XRİTDX-nin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur.

Bu ilin ilk 6 ayında emal olunan məktubların 5 milyon 736 min 86-sı istifadəçilərə çatdırılıb, 2 milyon 687 min 455-i isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Bloklanmış məktubların sayı 1 il əvvələ nisbətən isə 99 % və yaxud 2 dəfəyə yaxın artıb.

Xatırladaq ki, 2025-ci ildə dövlət elektron poçt xidmətinə 17 milyon 695 min 349 məktub daxil olub, onlardan 12 milyon 549 min 565-i istifadəçilərə çatdırılıb, 5 milyon 145 min 784-ü zərərli tərkibli olduğu üçün blok edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…