Əsas məzmuna keç

ETX: "Narketing163" adlı qruplaşmanın Azərbaycana qarşı kiberhücum cəhdlərinin qarşısı alınıb

ETX: "Narketing163" adlı qruplaşmanın Azərbaycana qarşı kiberhücum cəhdlərinin qarşısı alınıb

Nazirlik dövlət qurumlarını hədəf alan virtual təhdidi blokladı. .az domeni ilə yayılan sosial mühəndislik metodunun və saxta faylların gizli təfərrüatı burada.

en ru

Rəqəmsal İnkişaf və Nazirliyi tabeliyində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidməti (ETX), Azərbaycana qarşı yönəlmiş ciddi kibertəhdidin qarşısını alıb. "Narketing163" adlı haker qruplaşmasının təşkil etdiyi cəhdləri vaxtında aşkar edilərək tam zərərsizləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı ETX yayıb.

Qurum tərəfindən aparılan texniki araşdırmalar və indikatorlar əsasında həyata keçirilən korrelyasiya təhlilləri mühüm faktları üzə çıxarıb. Belə ki, sözügedən hücumların əvvəllər də Azərbaycana qarşı yönəldildiyini təsdiqləyən sübutlar müəyyən edilib.

Hücum kampaniyası zamanı hədəf kimi müxtəlif dövlət qurumları və özəl şirkətlər seçilib. Göndərilən elektron məktublarda məşhur təşkilatların adlarından, loqolarından və rəsmi üslubundan saxta məqsədlə istifadə olunub. Hakerlərin əsas hədəfi istifadəçilərin inamını qazanmaq və məktuba əlavə olunmuş zərərli faylın işə salınmasını təmin etmək olub.

Kiberhücum ssenarisində ən diqqətçəkən məqam zərərli kodun müəyyən hissəsinin .az domen zonasındakı resurs vasitəsilə yayılmasıdır. Sosial mühəndisliyin klassik nümunəsi olan bu metod, texniki boşluqlardan çox, psixoloji təsir yolu ilə istifadəçiləri zərərli əməliyyatları icra etməyə təhrik edir.

Xidmət tərəfindən aparılan operativ araşdırma nəticəsində .az domen zonasında yerləşən həmin zərərli resurs müəyyənləşdirilib. Dərhal görülən tədbirlər sayəsində zərərli faylın ölkə daxilində yayılması dayandırılıb.

İnsidentlə əlaqədar detallı məlumatlar və əlavə indikatorlar ETX-nin istifadəyə verdiyi "İnsident Məlumatlarının Mübadiləsi Platforması"nda (https://misp.cert.az) paylaşılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…