Əsas məzmuna keç

"Gemini" süni intellekt artıq ana dilimizdə!

"Gemini" süni intellekt artıq ana dilimizdə!

Google-un qabaqcıl süni intellekt modeli ana dilimizdə aktivləşdi. RİNN-in bildirdiyi Veo, Nano Banana və mobil dəstək funksiyaları ilə hansı imkanlar yaranıb?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

"" şirkətinin modeli olan "Gemini" rəsmi olaraq dilində istifadəyə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nazirliyi məlumat yayıb.

"Gemini" Artıq Azərbaycan Dilində: Hansı İmkanlar Yaradılıb?

Bildirilir ki, strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu yenilik, azərbaycanlı istifadəçilərə "Gemini"nin imkanlarından əsas qlobal dillərlə yanaşı, öz ana dillərində də faydalanmağa şərait yaradır.

Azərbaycan dili interfeysi artıq veb-versiyada aktivdir. Həmçinin, tam mobil dəstək (Android/iOS) təmin edilib və real vaxt rejimində danışıq imkanı yaradan "Gemini Live" funksiyası istifadəçilərin ixtiyarına verilib.

Yaradıcılıq və Təhsil Üçün Yeni Alətlər: "Nano Banana", "Veo" və Digərləri

Şirkət "Nano Banana" və "Veo" kimi ən qabaqcıl yaradıcı alətləri də Azərbaycan bazarına gətirdiyini açıqlayıb. "Nano Banana" sadə ideyaları yüksəkkeyfiyyətli vizuallara çevirməyə və mövcud şəkilləri təbii dildə redaktə etməyə imkan verir.

"Veo" isə mürəkkəb yaradıcı təlimatlara dəqiq əməl edərək, sinxronlaşdırılmış səslə birlikdə yüksəkkeyfiyyətli (1080p) videolar yarada bilən qabaqcıl modeldir.

Məhsuldarlıq və təhsili dəstəkləmək məqsədilə Azərbaycan dilində üç yeni funksiya da istifadəyə verilib:

"Canvas" yazı və kodlaşdırma üçün xüsusi iş mühiti təqdim edir və istifadəçilərə "Gemini" ilə mürəkkəb layihələr üzərində əməkdaşlığa şərait yaradır.

"Deep Research" modeli mürəkkəb mövzuları araşdırmağa, bir neçə mənbədən məlumatları sintez edərək hərtərəfli hesabatlar təqdim etməyə imkan verir.

Nəhayət, "Guided Learning" istifadəçilərə interaktiv, öyrənmə tərzinə uyğunlaşdırılmış testlər vasitəsilə yeni mövzuları mənimsəməyə kömək edir. Bu yeniliklər süni intellekt alətlərinin daha geniş auditoriya üçün əlçatan olmasını təmin edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…