Əsas məzmuna keç

TikTok yüzlərlə işçisini ixtisar edəcək

TikTok yüzlərlə işçisini ixtisar edəcək

Sosial media nəhəngi süni intellektə keçid üçün İrlandiyadakı 300 əməkdaşını işdən kənarlaşdırır. Qlobal moderator ixtisarları platformanın gələcəyini necə dəyişəcək?

en ru

"" platforması məzmunun moderasiyasında texnologiyalarına keçid çərçivəsində etibar və təhlükəsizlik komandalarında çalışan yüzlərlə moderatoru işdən çıxaracağını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, İrlandiyadakı əməkdaşlarının sayını təxminən 300 nəfər azaltmağı planlaşdırır.

Bildirilir ki, digər ölkələrdəki komandalar da bu prosesdən təsirlənəcək. Lakin ixtisarların hansı ölkələri əhatə edəcəyi hələ dəqiqləşdirilməyib.

"TikTok"un məzmun moderatorları platformada təhlükəli və zərərli paylaşımların aşkarlanaraq aradan qaldırılmasına cavabdehdir.

Videolar coğrafi bölgələrə görə deyil, dillər əsasında yoxlanıldığı üçün ixtisarların yalnız müəyyən regionla məhdudlaşmayacağı və qlobal istifadəçilərə təsir göstərə biləcəyi bildirilir.

Şirkət rəsmiləri qeyd ediblər ki, bu addım etibar və təhlükəsizlik sahəsində qlobal əməliyyat modelinin ən son texnoloji yeniliklərə uyğun şəkildə yenidən qurulmasının tərkib hissəsidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…