Əsas məzmuna keç

"Elektron iştirakçılıq" portalı bu il istifadəyə veriləcək

"Elektron iştirakçılıq" portalı bu il istifadəyə veriləcək

Prezident İlham Əliyevin təsdiqlədiyi Fəaliyyət Planı ilə rəqəmsal inkişafda yeni mərhələ başlayır. E-hökumət reytinqinə təsir edəcək layihənin detalları bəlli oldu.

en ru

Azərbaycanda rəqəmsal transformasiya sahəsində növbəti mühüm addım atılır. Bu ilin sonuna kimi ölkədə "Elektron iştirakçılıq" portalının istismara verilməsi planlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu yenilik İlham Əliyevin bu gün imzaladığı mühüm sənəddə öz əksini tapıb. tərəfindən təsdiqlənən sənəd "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı" adlanır.

Sənədə əsasən, qarşıdakı illərdə Elektron Hökumətin İnkişafı İndeksində ölkənin qlobal reytinqinin yüksəldilməsi hədəflənir. Bu məqsədlə xüsusi tədbirlər planının icrasına başlanılması nəzərdə tutulur.

Fəaliyyət Planında yer alan layihələrin maliyyə təminatı da dəqiqləşdirilib. Tədbirlərin icrası dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…