Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

AMB-dən kraudfandinq platforması ilə bağlı qərar

4 dəq
Paylaş:
AMB-dən kraudfandinq platforması ilə bağlı qərar

Azərbaycanda platforması operatorunun nizamnamə kapitalında mühüm iştirak payının əldə edilməsi Mərkəzi Bankın (AMB) razılığı əsasında mümkün olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Kraudfandinq haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, payın əldə edilməsindən əvvəl operator icazə almaq üçün AMB-yə ərizə təqdim etməlidir.

Mühüm iştirak payını əldə edəcək fiziki şəxsin və ya şəxsin icra orqanının rəhbəri (üzvləri) vətəndaş qüsursuzluğu tələbinə cavab verməli, onun barəsində cinayət-hüquqi tədbirlərin görülməsi, iflas prosedurunun başlanılması və ya müflis elan olunması faktı olmamalı (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərləri), mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmalı, habelə mühüm iştirak pay sahibinin operatora təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsas verən faktlar olmamalı, iddiaçı kraudfandinq kampaniyası başa çatmamış layihənin sahibi və ya benefisiar mülkiyyətçisi olmamalıdır.

Ərizəyə və ona əlavə edilmiş sənədlərə təqdim edildiyi tarixdən 60 təqvim günü ərzində baxılır. Həmin müddətdə AMB ərizəyə dair münasibətini yazılı surətdə bildirmədikdə ərizəyə müsbət baxılmış hesab edilir.

İcazənin verilməsi və ya verilməsindən imtina haqqında qəbul olunduğu tarixdən 2 iş günündə operatora təqdim edilir və ya elektron üsulla, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. AMB-nin verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət göstərilir.

Lazımi sənədlər və məlumatlar tam təqdim edilmədikdə və ya şərtlərə uyğunluq olmadıqda icazənin verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir. Operator həmin qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Mühüm iştirak payının ödənilməsi üçün nəzərdə son müddət başa çatdığı gündən 5 iş günündə payın alınması barədə AMB-yə yazılı məlumat təqdim edilməlidir.

Mühüm iştirak payını əldə etmək istəyən şəxs payın ödənilməsi üçün müəyyən edilmiş son müddətədək həmin payı almadıqda və ya tam almadıqda AMB məlumatlandırma üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 iş günündə icazəni tam və ya əldə edilməmiş hissəyə münasibətdə ləğv edir və bu barədə şəxsə yazılı bildirişi təqdim edir və ya elektron üsulla, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Hər hansı bir şəxs mühüm iştirak payını əvvəlcədən icazəsi olmadan və ya nəzərdə tutulmuş son müddət başa çatdıqdan sonra əldə etdikdə, AMB həmin şəxsin operatordakı payının icazəsiz alınan hissəsinin müəyyən etdiyi tarixədək ləğv edilməsi barədə yazılı göstəriş verir. Həmin şəxsin ləğv olunmalı hissədə səsvermə hüququ operatorun qərarlarının qəbul edilməsində nəzərə alınmır.

Lazımi sənədlərin və məlumatların İnformasiya Sistemi ilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Sistemlə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi təmin edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax