Azərbaycanda bu ilin sonuna kimi dövlət orqanlarının rəqəmsal inkişaf xərclərinin vahid mərkəzdən razılaşdırılması mexanizmi qurulacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu yenilik Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, qurumların rəqəmsal inkişaf üzrə büdcələrinin təsnifatlandırılması və təkrarçılığın (dublikat sistemlərin) qarşısını alan qaydaların qəbulu hədəflənir.
Bununla yanaşı, strateji hədəflərə — xüsusilə bulud texnologiyalarına keçid, süni intellektin tətbiqi və məsləhət xidmətlərinə çıxışa xidmət etməyən rəqəmsal layihələrin maliyyələşdirilməsinə veto qoyulması mexanizminin tətbiqi planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.