Əsas məzmuna keç

Prezident İlham Əliyev: Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi artır

Prezident İlham Əliyev: Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi artır

Türk Dövlətləri Təşkilatı ölkələrinə 20 milyard dollar investisiya qoyulub. Türkiyə, Özbəkistan və Qazaxıstanla birgə hansı irimiqyaslı layihələr icra olunacaq?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Təşkilatına () üzv ölkələrlə Azərbaycanın dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib.

"İqtisadi sahədə, - sizin də görüşünüzün əsas məzmunu bu olacaq, - işlər yaxşı gedir. Azərbaycana gəldikdə, bütün üzv ölkələrlə bizim ticarət dövriyyəmiz artır, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır. Biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq. Düzdür, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Ancaq digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesi gedir. Bizim Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, yaxud da ki, onların icrası üçün hazırlıq işləri aparılır", - deyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?