Əsas məzmuna keç

Prezident: Azərbaycan ilə Özbəkistan arasında TDT çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir

Prezident: Azərbaycan ilə Özbəkistan arasında TDT çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir

İlham Əliyev və Şavkat Mirziyoyev strateji tərəfdaşlığı müzakirə edib. Türk Dövlətləri Təşkilatının inkişafı və ikitərəfli əlaqələrin yeni mərhələsi.

en ru

və Özbəkistanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

qeyd edib ki, Azərbaycan ilə arasında Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir:

"Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.

Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir".

İlham Əliyev əlavə edib ki, Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…