Əsas məzmuna keç

Premyer Liqada Qarabağ və Şamaxının oyun günü

Premyer Liqada Qarabağ və Şamaxının oyun günü

Azərbaycan Kubokunda gərgin mübarizə: İddialı klublar növbəti mərhələ uğrunda yaşıl meydanda üz-üzə gəlir. Futbol həyəcanını qaçırmayın, sürprizlər ola bilər!

en ru

Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki görüş keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, "Turan Tovuz" səfərdə ""nın qonağı olacaq.

Şamaxı şəhər stadionunda baş tutacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Tovuz təmsilçisi hazırda 59 xalla 3-cü pillədə yer alıb. 8-ci yerdə olan "Şamaxı"nın isə 35 xalı var.

"" isə Tofiq Bəhramov adına Respublika stadionunda "İmişli"ni qəbul edəcək. Qarşılaşmanı Emin Əliyev idarə edəcək. "Qarabağ" 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 33 xala malik "İmişli" doqquzuncudur.

Hər iki oyun saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…