Əsas məzmuna keç

Portuqaliya Azərbaycanda səfirlik açacaq

Portuqaliya Azərbaycanda səfirlik açacaq

Ceyhun Bayramov və Paulo Rangel Bakıda diplomatik missiyanın statusunun artırılmasını müzakirə ediblər. Lissabonun bu qərarı hansı yeni imkanlar vəd edir?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Aprelin 1-də naziri Ceyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, nazirlər telefon danışığı zamanı Azərbaycanla Portuqaliya arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Portuqaliya naziri ölkəsinin Azərbaycandakı diplomatik təmsilçiliyinin səviyyəsinin qaldırılması və ölkəmizdə açmaq barədə qərar verildiyini diqqətə çatdırıb. Nazir bu qərara görə təşəkkür edib.

Nazirlər ikitərəfli münasibətlərin inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizminin və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar. İkitərəfli əməkdaşlığın iqtisadiyyat, enerji, ticarət, və turizm sahələrində genişləndirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər Yaxın Şərqdə artan hərbi eskalasiyadan narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik həllinin zəruri olduğunu diqqətə çatdırıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?