Əsas məzmuna keç

Polşa Belarusu Rusiya ilə birgə təlimlərə görə xüsusi tədbirlərlə hədələyib

Polşa Belarusu Rusiya ilə birgə təlimlərə görə xüsusi tədbirlərlə hədələyib

Polşa “Qərb-2025” Rusiya-Belarus hərbi təlimlərinə görə Belarusa qarşı “xüsusi tədbirlər” görəcək. Bu barədə Polşanın baş naziri Donald Task bildirib....

“Qərb-2025” Rusiya-Belarus hərbi təlimlərinə görə Belarusa qarşı “xüsusi tədbirlər” görəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın baş naziri Task bildirib.

“İstisna etmirəm, amma gələn həftə daha çox deyəcəyəm ki, tərəfinin təxribatları təkrarlanarsa, biz Belarusa qarşı xüsusi tədbirlər tətbiq edəcəyik”,- deyə o, qeyd edib.

Task “Zapad-2025” təlimlərini Polşaya hücum təlimi hesab edir.

Sentyabrın 12-dən 16-dək Belarus ərazisində Rusiya-Belarus birgə “Zapad-2025” təlimləri keçiriləcək.

Rusiyanın Andrey Belousov bildirib ki, Belarus-Rusiya birgə “Zapad-2025” təlimləri yalnız müdafiə məqsədi daşıyır. Onun sözlərinə görə, təlimlərdə İttifaq dövlətinə qarşı yönəlmiş potensial təcavüzün dəf edilməsi ssenarisi tətbiq olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…