Avropa ölkələri ABŞ-nin iştirakı olmadan təhlükəsizlik sahəsində əməkdaşlıq variantlarını ciddi şəkildə nəzərdən keçirirlər.
"Operativ Məlumat Mərkəzi-OMM"“Politico”ya istinadən xəbər verir ki, bu addım Donald Tramp administrasiyası ilə yaranan dərin fikir ayrılıqları və strateji etibarsızlıq fonunda gündəmə gəlib.
Məqalədə qeyd olunur ki, yüksək rütbəli avropalı məmurlar artıq ABŞ-ni etibarlı ticarət tərəfdaşı və təhlükəsizlik müttəfiqi kimi görmürlər.
Diplomatik dairələrdə Vaşinqtonla uzunmüddətli münasibətlərin kəsilməsinin mümkün nəticələri və qitənin özünümüdafiə imkanları geniş müzakirə olunur.
Buna baxmayaraq, yeni format Vaşinqtonla əməkdaşlığı tamamilə istisna etmir. Lakin vurğulanır ki, gələcək münasibətlər artıq əvvəlki kimi “öz-özünə baş verən” bir proses deyil, konkret şərtlərə əsaslanan tərəfdaşlıq olacaq.