Operativ Məlumat Mərkəzi

Pirşağıda dənizdə 2 nəfər batıb

1 dəq
Paylaş:
Pirşağıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 2 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib.

Digər şəxs, 2010-cu il təvəllüdlü Seyidov Mirkamil Mirəli oğlunun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər