Əsas məzmuna keç

Pezeşkian: ABŞ gərginliyi artıran addımlara son qoymalıdır

Pezeşkian: ABŞ gərginliyi artıran addımlara son qoymalıdır

İran Prezidenti regional gərginliyi müzakirə etmək üçün Qətər və Pakistan liderləri ilə telefon əlaqəsi saxlayıb.

ru en

İran prezidenti Məsud ABŞ-nin regionda gərginliyi artıran fəaliyyətlərindən sonra yaranmış vəziyyəti müzakirə etmək məqsədilə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani və Pakistanın Baş naziri Şahbaz Şərif ilə aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran məlumat yayıb.

Telefon danışığı zamanı Pezeşkian Qətər və Pakistanın İrana nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirərək, İslam dünyasında birliyin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

O, rəsmi Tehranın xarici siyasətinin hüquq normalarına, bərabərhüquqlu tərəfdaşlığa və təhdidlərdən uzaq diplomatiya anlayışına əsaslandığını qeyd edib.

Pezeşkian bildirib ki, əgər ABŞ həqiqətən də danışıqlar və diplomatiya tərəfdarıdırsa, bunu əməli addımları ilə sübut etməli, təxribatçı hərəkətlərə son qoymalıdır.

Qətər Əmiri və Pakistanın Baş naziri isə öz növbələrində İranın təhlükəsizliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı müdaxilə və sanksiyalara qarşı olduqlarını ifadə ediblər.

Liderlər xəbərdarlıq ediblər ki, regionda baş verə biləcək mümkün münaqişə genişmiqyaslı qeyri-sabitliyə və zorakılıq dalğasına səbəb ola bilər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…