İran daha qonşu ölkələrə hücum etməyəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə bu gün İran Prezidenti Məsud Pezeşkian rəsmi videomüraciətində bildirib.
Prezidentin sözlərinə görə, Müvəqqəti Rəhbərlik Şurası dünən strateji bir qərar qəbul edib. Belə ki, ərazilərindən İrana hücum olmadığı təqdirdə, qonşu ölkələrə hücum edilməyəcək, raket və dron atılmayacaq.
“Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm. İrana hücum olmasa, qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək," - deyə Pezeşkian vurğulayıb.
İran Prezidenti əlavə edib ki, ölkənin Silahlı Qüvvələri müstəqil fəaliyyət göstərərək dövlətin şərəfini qoruyub.