Əsas məzmuna keç

Peter Mixalko: “Aİ və Azərbaycan arasında güclü əməkdaşlıq və tərəfdaşlıq qurulur”

Peter Mixalko: “Aİ və Azərbaycan arasında güclü əməkdaşlıq və tərəfdaşlıq qurulur”

“Avropa İttifaqı ilə arasında güclü əlaqələri qurulur və Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF)proqramının həyata keçirilməsi buna sübutdur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir proqramın icra tərəqqisinə dair illik toplantıda deyib.

“AZTAF bizim [Azərbaycan hökuməti ilə] yüksək beynəlxalq standartlara uyğun işləmək yollarından biridir”, - o bildirib.

P. Mixalkonun sözlərinə görə, pandemiya dövründə Aİ və Azərbaycan bir sıra strateji əməkdaşlıq sahələri və iqtisadi əlaqələrin gücləndirilməsi üçün uzunmüddətli hədəflər müəyyən edib.

Nümayəndəliyin rəhbəri AZTAF proqramının iqtisadi inkişafın dəstəklənməsi, səmərəliliyi, mobillik və s. məqsədlərə xidmət etdiyini vurğulayıb.

"Bu proqramın müxtəlif nazirliklər və onların tabeliyində fəaliyyət göstərən agentliklər kimi bir çox benefisiarları var. Lakin AZTAF-ın əsas benefisiarı ölkə vətəndaşlarıdır. Gəlin Azərbaycanın dayanıqlı gələcəyi naminə birgə işimizi davam etdirək", - səfir əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…