Əsas məzmuna keç

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətləri ən yüksək səviyyəyə çatıb

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətləri ən yüksək səviyyəyə çatıb

Prezident Bişkekdə strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq perspektivlərini dəyərləndirdi. İki ölkə arasında siyasi dialoq yeni mərhələyə qədəm qoyub.

en ru

Müttəfiqlik münasibətləri haqqında tarixi müqavilə və arasındakı münasibətləri ən yüksək səviyyəyə çıxarıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev "ŞƏT plus" formatında keçirilən ali səviyyəli görüşdə çıxış edərkən deyib.

"İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə Qırğız Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm. Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam: bir ay əvvəl mənim dövlət səfərim çərçivəsində müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanmışdır. Bu tarixi sənəd Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətləri ən yüksək səviyyəyə çıxardı", - İlham Əliyev bildirib.

O həmçinin Sadır Japarovu və Qırğızıstan xalqını ölkənin sosial-iqtisadi inkişafındakı uğurları, beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi münasibətilə təbrik edib.

"Qırğızıstanın 2027-2028-ci illər dövrü üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın yürütdüyü siyasəti dəstəklədiyini göstərir", - Azərbaycan Prezidenti vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…