"Rusiya Xarici Kəşfiyyat Xidmətinin London və Parisin Kiyevə nüvə silahı ötürmək niyyətləri ilə bağlı məlumatları olduqca təhlükəlidir və Ukrayna ilə bağlı danışıqlar zamanı nəzərə alınacaq".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, bu, müvafiq beynəlxalq hüququn bütün norma və prinsiplərinin tamamilə kobud şəkildə pozulmasıdır.
"Biz bu məlumatı mütləq davam edən danışıqlarda nəzərə alacağıq, çünki bu, potensial olaraq son dərəcə təhlükəlidir".
Rusiya Xarici Kəşfiyyat Xidməti daha əvvəl Böyük Britaniya və Fransanın Kiyevə nüvə silahları və onların çatdırılma sistemləri verməyə hazırlaşdığını bildirmişdi.