Peruda ilin əvvəlindən bəri meşə yanğınlarında ən azı 15 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Sezar Vaskes Sançes bildirib.
"Təəssüf ki, hazırda biz 15 ölüm faktını qeydə almışıq", - deyə bildirib.
Nazirin sözlərinə görə, Peru hakimiyyəti meşə yanğınları ilə mübarizədə beynəlxalq yardıma müraciət etmək imkanını istisna etmir.
Perunun Fövqəladə Hallar üzrə Milli Mərkəzinin (COEN) məlumatına görə, yanvar ayından bəri yanğınların qurbanlarının sayı 98 nəfərə çatıb.