Əsas məzmuna keç

Peruda Amazon meşələrində dünyadan təcrid olunmuş qəbilə aşkar edilib

Peruda Amazon meşələrində dünyadan təcrid olunmuş qəbilə aşkar edilib

yerli əhalinin hüquqları üçün çalışan qeyri-hökumət təşkilatı olan "Survival International" məlumat yayıb. Ağac kəsmə əməliyyatlarının yerli əhalini öz...

Dünyadan tamamilə olunmuş şəkildə yaşayan Perunun cənub-şərqindəki meşələrində aparılan kəsmə əməliyyatlarından cəmi bir neçə kilometr aralıda “Maşko-Piro” qəbiləsi görüntülənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yerli əhalinin hüquqları üçün çalışan qeyri-hökumət təşkilatı olan "Survival International" məlumat yayıb.

Ağac kəsmə əməliyyatlarının yerli əhalini öz torpaqlarından didərgin saldığını bildirən "Survival International" könüllüləri bölgədə fəaliyyət göstərən bütün şirkətlərin ağac kəsmə lisenziyalarının ləğv edilməsini və torpaqların "Maşko-Piro" əhalisinə təhvil verilməsini tələb edib.

750-dən çox üzvü olduğu düşünülən və Perunun cənub-şərqindəki meşələrin dərinliklərində yaşayan "Maşko-Piro" qəbiləsinin "dünyadan təcrid olunmuş ən böyük qəbilə" olduğu təxmin edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…