Əsas məzmuna keç

Peres yenidən “Real”ın prezidenti seçildi

Peres yenidən “Real”ın prezidenti seçildi

bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Funksioner seçkilərdə yeganə namizəd olub və o, bu vəzifəni 2029-cu ilədək tutacaq. 77 yaşlı Peres...

İspaniyanın “Real” klubunun prezidenti vəzifəsinə yenidən seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Funksioner seçkilərdə yeganə namizəd olub və o, bu vəzifəni 2029-cu ilədək tutacaq.

77 yaşlı Peres ilk dəfə 2000-ci ildə “Real”ın prezidenti olub və altı il bu vəzifədə çalışıb. 2009-cu ildə alternativsiz olaraq yeni müddətə seçilib. Onun rəhbərliyi dövründə klub Çempionlar Liqasını, İspaniya çempionatını və İspaniya Superkubokunu yeddi dəfə, UEFA Superkubokunu altı dəfə, klublar üzrə dünya çempionatını beş dəfə, İspaniya Kubokunu üç dəfə və Qitələrarası Kuboku iki dəfə qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…