Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Messi İspaniyanın “Kornelya” futbol klubunun sahibi olub

1 dəq
Paylaş:
Messi İspaniyanın “Kornelya” futbol klubunun sahibi olub

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel İspaniyanın üçüncü divizionunda çıxış edən “Kornelya” klubunu satın alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl portuqaliyalı Kriştianu Ronaldunun İspaniya çempionatının ikinci divizionunda çıxış edən “Almeriya” futbol klubunun səhmlərinin 25 faizinin olduğu barədə xəbər yayılmışdı.

Xatırladaq ki, Messinin 38 yaşı var və o, səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb. Argentinalı futbolçu Avropada Fransanın “Pari Sen-Jermen” və İspaniyanın “Barselona” klublarında çıxış edib. O, “Barselona”nın heyətində dörd dəfə UEFA Çempionlar Liqasının olub, üç dəfə UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb. Hücumçu 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə dünya çempionatının gümüş mükafatını qazanıb, 2008-ci ildə Olimpiya çempionu olub və iki dəfə Amerika Kubokunun (2021, 2024) qalibi adını əldə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax