Əsas məzmuna keç

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Azərbaycan UEFA reytinqində İsrailə çatdı

Qarabağ və digər klublarımızın uğurlu çıxışı futbol ölkələri siyahısında mövqeyimizi möhkəmlədib. Millimizin və klubların xalları İsrailə yaxınlaşdırır.

en ru

UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində "Hapoel"i (Beer-Şeva, İsrail) 5:2 hesabı ilə məğlub edən "Sabah" ölkənin əmsalını artırıb.

Azərbaycan 23.687 əmsalla 25-ci pilləyə yüksəlib. Ölkə bununla da 22.843 əmsala malik Sloveniyanı geridə qoyub.

24-cü pillədə isə İsrail (23.750) qərarlaşıb.

Xatırladaq ki, hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…