SEPAH Pentaqonu hərbi itkilərlə bağlı məlumatları gizlətməkdə ittiham edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı SEPAH açıqlama yayıb.
Bildirilib ki, İordaniyada həlak olan ABŞ hərbçilərinin sayı Pentaqonun açıqladığı rəqəmdən daha çoxdur.
Açıqlamada iddia olunur ki, ABŞ Müdafiə Nazirliyi xüsusilə İordaniyadakı ABŞ hərbi bazasına edilən hücum zamanı çoxsaylı hərbçinin öldüyünü ictimaiyyətdən gizlədir.
Bundan əvvəl "The New York Times" qəzeti Pentaqonun İranın son dövrlərdə ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi bəzi hücumlar və həmin hücumlar nəticəsində çoxlu sayda ABŞ hərbçisinin yaralanması barədə məlumatları ictimaiyyətə açıqlamadığını iddia etmişdi.
Digər tərəfdən, İranın ABŞ hərbi bazalarına hücumları nəticəsində 100 ABŞ hərbçisinin yaralandığı da irəli sürülmüşdü.
Bu iddialardan sonra Pentaqonun sözçüsü Şon Parnell televiziya kanalına açıqlamasında iyulun 7-dən etibarən təxminən 100 nəfərin müxtəlif dərəcəli xəsarət aldığının müəyyən edildiyini təsdiqləyib.
Onun sözlərinə görə, yaralananların 96 faizi artıq xidmətə qayıdıb.
ABŞ tərəfi indiyədək hücumlar nəticəsində 3 hərbçinin həyatını itirdiyini açıqlayıb.