Əsas məzmuna keç

Pensiyalar nə qədər artdı? Yeni rəsmi məbləğlər açıqlandı

Pensiyalar nə qədər artdı? Yeni rəsmi məbləğlər açıqlandı

Rəşad Mustafayev açıqladı: Orta aylıq ödəniş 593, yaşa görə isə 632 AZN-ə yüksəldi. Prezident sərəncamı ilə tətbiq edilən 9,3% indeksləşdirmənin tam detalları...

en ru

Azərbaycanda tətbiq edilən yeni artımla orta aylıq pensiya 593 manata, görə orta aylıq pensiya isə 632 manata çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu statistikaları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad media nümayəndələri üçün keçirilən brifinqdə açıqlayıb.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

Nazir müavininin sözlərinə görə, 2018-2025-ci illər ərzində dinamika müsbət olub: orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə pensiya isə 234 manatdan 578 manata yüksəlib.

R.Mustafayev vurğulayıb: "Yeni artımla əldə olunan nəticələr 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada isə 2,7 dəfə artıma nail olunması deməkdir".

Bu il üçün pensiyaların maliyyələşdirilməsinə ayrılan vəsait 7 mlrd. 993 mln. manat həcmində nəzərdə tutulub. Bu göstərici 2018-ci illə müqayisədə maliyyə vəsaitində 2,3 dəfə artımın olduğunu təsdiqləyir.

Yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da inflyasiya nəzərə alınaraq, istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun şəkildə 5,6 faiz artırılıb.

Qeyd edək ki, İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı ilə 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq, bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…