Əsas məzmuna keç

Pensiyaçılara nağdsız alış-verişdə güzəştlər tətbiq olunacaq

Pensiyaçılara nağdsız alış-verişdə güzəştlər tətbiq olunacaq

"Dövlət Sosial Müdafiə Fondunundan (DSMF) pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər...

"Dövlət Fondunundan (DSMF) pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə şirkətlər tərəfindən və endirimlər tətbiq olunacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov yeni “Sosial tərəfdaş” layihəsinin təqdimatında deyib.

Sədr bildirib ki, dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir:

"Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq. Müxtəlif şirkətlərlə birgə icrasına başlanılan layihə dövlət və özəl sektor arasında yeni tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunəsidir. Layihə Fonddan sosial ödəniş alanlara dəstək, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır".

O qeyd edib ki, ilin sonuna qədər endirim mexanizmi tədbiq olunan tərəfdaşların sayı 1000-dən artıq olacaq: "30 %-ə qədər endirimlərin edilməsi mexanizmi də sadədir, belə ki, vətəndaşlar kartlarını göstərərək bu xidmətdən yararlana biləcəklər. Yaxın zamanda təmaslı ödənişlərdə bunun tədbiqi mümkün olacaq. Ümumilikdə, 1 milyon 700 min nəfər endirimlərdən yararlana biləcək".

Pensiya

Dekabr pensiyası 2026

  1. Bakı, Sumqayıt, Abşeron Hələ elan olunmayıb · adətən 6–14
  2. Naxçıvan MR Hələ elan olunmayıb · adətən 6–14
  3. Digər bölgələr Hələ elan olunmayıb · adətən 11–23
Son aylar, artım və pensiya rəqəmləri ›

Pensiya ödənişi başlayanda bildiriş alın: gün açıqlananda və ödəniş günü.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…